Yağışlı hava bu tarixə qədər davam edəcək
08.04.2026 16:04
926
Maraqlı
A
Yağışlı hava bu tarixə qədər davam edəcək

14 aprelədək Gürcüstanda fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə güclü olacaq.

Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Sinoptiklərin proqnozuna əsasən, ildırım, küləyin güclənməsi mümkündür, yüksək dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi gözlənilir.

“9-10 aprel gecəsi ölkənin dağlıq rayonlarında havanın temperaturunun -2, -4 dərəcəyədək enəcəyi gözlənilir. Mənfi temperatur çiçəkləmə mərhələsində olan meyvə ağaclarına zərər vura bilər.

Gözlənilən yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, yüksək dağlıq ərazilərdə qar uçqunlarının formalaşmasına, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - verilən məlumatda təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
4