Kateqoriyalar
Azərbaycanın Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Prezidenti Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan lideri İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.