Girovlar azad edilib - Silahlı şəxs saxlanılıb
Tbilisi şəhərinin Cereteli prospektində yerləşən "MBC" mikromaliyyə təşkilatının ofisinə girərək 9 nəfəri girov götürən silahlı şəxs əvvəlcə 2, sonra isə 4 nəfəri azad edib.
Hazırda isə qalan 3 nəfər girov da azad edilərək silahlı şəxs Levani Zurabaşvili hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi tərəfindən bəyan edilib.
Nazirlikdən verilən məlumata görə, cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silahın alınması, saxlanması, daşınması və oğurluğu nəzərdə tutan 236 və 179-cu maddəsi ilə istintaq başladılıb.