İrakli Kobaxidze ABŞ və İran arasındakı atəşkəsə belə reaksiya verdi
08.04.2026 19:09
505
Siyasət
A
İrakli Kobaxidze ABŞ və İran arasındakı atəşkəsə belə reaksiya verdi

Gürcüstan, ABŞ və İran İslam Respublikası arasında əldə olunan atəşkəs bəyanatını alqışlayır və bunu mümkün edən effektiv vasitəçilik səylərini yüksək qiymətləndirir.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" sosial şəbəkəsində yazıb.

Hökumət başçısı ümid etdiyini bildirib ki, bu addım gərginliyin azalmasına töhfə verəcək və regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək.

“Gürcüstan ABŞ və İran İslam Respublikası arasında atəşkəs bəyanatını alqışlayır və bunu mümkün edən effektiv vasitəçilik səylərini müsbət qiymətləndirir. Ümid edirik ki, bu addım deeskalasiyaya töhfə verəcək və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün diplomatik proseslərin davamını təşviq edəcək”, - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
5