Çörəkçilər İttifaqının sədri:
09.04.2026 00:02
1231
İqtisadiyyat
A
Çörəkçilər İttifaqının sədri: "Çörək istehsalçıları çörəyin qiymətini eyni vaxtda qaldırılması cinayətdir"

Çörəkçilər İttifaqının sədri Malxaz Dolidze bildirir ki, çörək istehsalçıları qiyməti eyni vaxtda artıra bilməzlər və bəyan edir ki, çörəyin qiymətinin eyni vaxtda, razılaşdırılmış şəkildə artırılması cinayətdir.

Aktual.ge xəbər verir ki, o, 'Marneuli Radiosu'na müsahibəsində belə deyib.

Malxaz Dolidze açıq şəkildə qeyd edib ki, çörəyin qiyməti süni şəkildə, eyni vaxtda qaldırılarsa, məsələnin tənzimlənməsinə yerli özünüidarə orqanları müdaxilə etməlidir.

O deyib edib ki, bir şirkətin digər şirkətləri qiyməti qaldırmağa məcbur etməsi rəqabəti azaltmaq cəhdi kimi izah edilə bilər.

Çörəkçilər İqttifaqının sədri qeyd edib ki, belə hallarda yerli özünüidarəetmənin prosesə qoşulması və süni qiymət artımının baş verməməsi üçün çörəkçilərin bəyan edilmiş standartlarını yoxlaması mütləqdir.

Qeyd edək ki, Ramazan və Novruz bayramlarından sonra yalnız Marneulidə əhalinin ən çox istehlak etdiyi 'Baton' çörəyinin qiyməti 10 tetri artıb. Bunun əksinə olaraq, ölkənin əsas un istehsalçılarından biri hesab olunan 'Agrosystem' şirkətinin rəhbəri Rəna Babayeva bildirib ki, 50 kiloqramlıq un kisəsinin qiyməti 1,50 lari ucuzlaşaraq 54,50 lari təşkil edir.

ŞƏRH YAZ
1