DİN təcavüzkarın saxlanılması ilə bağlı görüntülər yaydı - VİDEO
20.11.2020 23:37
211
Kriminal
A
DİN təcavüzkarın saxlanılması ilə bağlı görüntülər yaydı - VİDEO
Bu gün - 20 noyabr paytaxt Tbilisidə günün ikinci yarısında Cereteli metrostansiyasının yaxınlığında yerləşən bir mikromaliyyə təşkilatına əlində əl bombası ilə hücum edərək 17 nəfəri girov götürən cinayətkarı hüquq mühafizə orqanları gözaltına alıb. Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən paylaşılan görüntülü məlumatda deyilir: "DİN, Tbilisidəki Akaki Cereteli prospektindəki mikromaliyyə təşkilatlarından birinin filialında hücum, girov götürmə və qanunsuz odlu silah saxlamaq ittihamı ilə 1989-cu il təvəllüdlü L.Z. saxlayıb. Günortadan sonra silahlı şəxs Tbilisidəki Akaki Tsereteli prospektindəki mikromaliyyə təşkilatlarından birinin filialına girərək 17 nəfəri girov götürüb. Müvafiq polis bölmələri yerindəcə səfərbər olundu və əməliyyat-istintaq tədbirləri başlatdı. DİN nümayəndələri ilə təcavüzkar arasında bir neçə saat davam edən danışıqlar nəticəsində təqsirləndirilən şəxs girovları tədricən azad etdi. Hadisə nəticəsində xəsarət alan olmayıb". Nazirlik bildirib ki, Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin "c" bəndinə və 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən istintaq iki nəfərdən çox şəxsin tutulması və qanunsuz olaraq odlu silah daşıma və saxlama ilə aparılır. Bu gün nələr oldu ? 20 noyabr paytaxt Tbilisidə günün ikinci yarısında Cereteli metrostansiyasının yaxınlığında yerləşən bir mikromaliyyə qurumuna əlində əl bombası ilə hücum edərək 17 nəfəri girov götürmüştü. Cinayətkar girovlardan birine "Facebook" vasitəsilə canlı yayın açdıraraq, bir sıra tələblər irəli sürmüştü. Cinayətkarın tələbləri bunlar idi: Gürcüstanda qumarxanalar/qazinolar bağlanılsın; Kreditlər 7 faizla verilsin həmçinin banka kredit borcu olan vətəndaşlarda ödəmələrini 7 faizla etsinlər; Əczanələrdə dərmanların qiyməti endirilsin. Əlində əl bombası ilə mikromaliyyə təşkilatına girən cinayətkar əlavə etmişdi ki, -"Gürcüstanımızı xilas etməyin vaxtı gəldi. Gəlin bunu birlikdə edək, yoxsa hamınız burada Allaha yalvaracaqsınız". Üzərindən bir müddət keçdikdən sonra çarəsiz qalan cinayətkar bəzi girovları sərbəst buraxdı. Daha sonra isə polis tərəfindən gözaltına alındı. Qeyd edək ki, DİN Patrul Polis İdarəsinin direktoru Vaja Siradze jurnalistlərə müsahibəsində, cinayətkarın 10 nəfəri qirov götürdüyünü bildirmişdi. Məlumat üçün xatırladaq ki, Gürcüstanda 22 oktyabrda Zuqdidi şəhərində saatlarla davam edən girov böhranı yaşanmadı. "Saqartvelo Bank"a girərək onlarla insanı əlindəki əl bombası ilə təhdid edərək girov götürən Badri Esebua, 2 girov və istədiyi 500 min dolları götürərək hadisə yerindən qaçmışdı. B.Esebua daha sonra girovları sərbəst buraxaraq itkin düşdü, lakin o, hələ də polis tərəfindən axtarılır.
ŞƏRH YAZ
2