Ermənistanın yeni müdafiə naziri Bakıda oxuyub
21.11.2020 01:58
185
Dünya
A
Ermənistanın yeni müdafiə naziri Bakıda oxuyub
Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyan haqda maraqlı fakt üzə çıxıb. Aktual.ge Axar-a istinadən xəbər verir ki, onun Vikipediyasında Azərbaycanda, daha dəqiq desək, Bakı şəhərində təhsil aldığı qeyd edilib. Belə ki, Vaqarşak Arutyunyan 1978-ci ildə Bakıda S.Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbini bitirib. Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Prezidenti Armen Sərkisyanın imzaladığı fərmana əsasən, David Tonoyan istefaya göndərilib və onun yerinə Baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşaq Arutyunyan təyin olunub.
ŞƏRH YAZ
4