Marneulidə klinikada dava olub | DİN-dən AÇIQLAMA
11.04.2026 16:24
986
Kriminal
A
Marneulidə klinikada dava olub | DİN-dən AÇIQLAMA

Marneulidə yerləşən “Geo Hospitals” klinikasında insident baş verib.

Aktual.ge-nin məlumatına görə, hadisə xəstə ziyarəti ilə bağlı yaranan mübahisə zəminində baş verib.

Əldə edilən məlumata əsasən, klinikanın mühafizəçisi Ələddin Qərənzadə (Bolnisi sakini) xəstə yaxınını içəri buraxmayıb, bundan sonra isə mübahisə davaya çevrilib.

Mövcud məlumata görə, mühafizəçi ağır şəkildə döyülüb və hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

İddialara görə, mühafizəçini döyən şəxs məmur yaxınıdır, lakin digər təfərrüatlar hələlik məlum deyil.

Aktual.ge xəbər portalına DİN-dən bildirilib ki, hadisə ilə bağlı CM-nin 117-ci maddəsi ilə istintaq başlayıb.

ŞƏRH YAZ
10