Kateqoriyalar
Bu gün Marneulidə baş verən insidentlə bağlı bir nəfər saxlanılıb.
Bu barədə Aktual.ge xəbər portalının sorğusuna DİN-dən bildirilib.
Qeyd olunub ki, istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə davam edir və bir nəfər saxlanılıb.
Bu gün, 11 aprel Marneuli şəhərindəki "Geo Hospitals" klinikasının 63 yaşlı mühafizəçisi Ələddin Qərənzadə (Bolnisi, Saraçlı sakini) xəstə yaxınını içəri buraxmayıb, bundan sonra isə mübahisə davaya çevrilib və nəticədə o, baş nahiyəsindən ağır zərbələr alıb və paytaxt Tbilisidəki klinikaya yerləşdirilib.
İddialara görə, hadisəni törədən Marneuli merinin Tserakvi kəndi üzrə nümayəndəsi İndiko Xaptaninin qardaşıdır.