Sülh masası dağıldı | Trampdan Hörmüzlə bağlı dünyanı tədirgin edəcək addım 
12.04.2026 18:26
987
Dünya
A
Sülh masası dağıldı | Trampdan Hörmüzlə bağlı dünyanı tədirgin edəcək addım 

ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinin və müttəfiqlərinin Hörmüz boğazının blokadasına başladığını elan edib.

Aktual.ge xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb.

O, blokadanın tezliklə başlayacağını və digər ölkələrin də iştirak edəcəyini bildirib.

"Dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya almağa başlayacaq", - o, yazıb.

Bundan əlavə, Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri boğazdan keçmək üçün İrana pul ödəyən gəmiləri axtaracaq və ələ keçirəcək.

"Mən həmçinin Hərbi Dəniz Qüvvələrimizə beynəlxalq sularda İrana (Hörmüz boğazından keçmək üçün -red) ödəniş edən hər bir gəmini axtarmağı və ələ keçirməyi əmr etdim. Bu qanunsuz ödənişi ödəyən heç bir gəmiyə açıq dənizdə təhlükəsiz keçid verilməyəcək", - o qeyd edib.


Pakistanın ev sahibliyində İslamabadda 11 aprel tarixində, 21 saat davam edən ABŞ–İran danışıqları razılaşma olmadan başa çatıb. Tərəflərin xüsusilə nüvə proqramı və Hürmüz Boğazı kimi kritik mövzularda razılığa gələ bilməməsi prosesin tıxanmasına səbəb olub.

ABŞ və İran arasında qarşılıqlı ittihamlar səsləndirilib.

ABŞ-ın vitse-prezidenti JD Vance İranla aparılan birbaşa danışıqların “razılaşma əldə olunmadan” bitdiyini bildirib. İran dövlət televiziyası isə ABŞ-ın həddindən artıq tələbləri səbəbindən razılıq əldə olunmadığını açıqlayıb.

ŞƏRH YAZ
9