Müxalif lider: İvanişvili Avropadakı yeganə müttəfiqini itirdi
13.04.2026 09:34
482
Siyasət
A
Müxalif lider: İvanişvili Avropadakı yeganə müttəfiqini itirdi

"Uzun müddətdir proqnozlaşdırdığımız hadisə baş verdi, İvanişvili Avropadakı yeganə müttəfiqini itirdi. Bu, beynəlxalq arenada tam təcrid olunmuş və 'cüzama çevrilmiş' İvanişvilini, bu gün Avropadakı son real müttəfiqini də itirmiş birini, tam sındırmaq üçün böyük şansdır".

Aktual.ge xəbər verir ki, bunları müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava sosial şəbəkədə yazaraq Macarıstan parlament seçkilərinin ilkin nəticələrinə münasibət bildirib.

Onun sözlərinə görə, “gürcü diktatorunu ağır bir yaz gözləyir”.

"Orbanın məğlubiyyəti transatlantik dinamika, Avropa siyasəti, Avropa-Rusiya münasibətləri və, əlbəttə ki, Ukrayna üçün vacibdir. Amma bizim üçün əsas məsələ Orbanın məğlubiyyətinin Gürcüstan üçün nə demək olmasıdır – bu, beynəlxalq arenada tam təcrid olunmuş və 'cüzama çevrilmiş' İvanişvilini, bu gün Avropadakı son real müttəfiqini itirmiş birini, tam sındırmaq üçün böyük şansdır! Slovakiyada isə Borinka zebranı 'uçurdu', amma Fico Avropa İttifaqında veto yükünü daşıya bilməyəcək, yəni Orbanın blokladığı mühüm qərarları, o cümlədən konkret olaraq İvanişvilinin rejimi ilə bağlı qərarları bloklaya bilməyəcək. Bilirsiniz ki, fərdi sanksiyalar üçün konsensus lazımdır və Orban dövründə bu mümkün deyildi, indi isə bu daha realdır. Qısası, gürcü diktatorunu ağır bir yaz gözləyir. Putinin təsir qolları hər yerdə məğlub olur və Gürcüstanda da məğlub olacaq. Biz isə qələbə üçün səfərbər olmalıyıq!” - o sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, Macaristanın Baş naziri Viktor Orban ölkəsində gerçəkləştirilən Parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.

ŞƏRH YAZ
0