Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları narkotik cinayəti ittihamı ilə 4 nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Bildirilib ki, onlar xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz satınalınması və saxlanması, satışına yardım edilməsi və tərkibində narkotik maddə olan bitkilərin qanunsuz kultivasiyasında ittiham olunurlar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində keçirdikləri axtarış nəticəsində satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələri, o cümlədən 90 büküm şəklində qablaşdırılmış 'tetrahidrokannabinol' və 33 kol 'çətənə' bitkisini maddi sübut kimi götürüblər.
Müəyyən edilib ki, narkotik cinayəti ilə bağlı saxlanılan şəxslərdən ikisi yaşayış evlərində tərkibində narkotik maddə olan bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsini həyata keçirdikləri xüsusi istixanalar qurublar.
İstintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması və kultivasiyası üçün lazım olan materiallar da götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cı rüba (kvarta) və 265-ci prima maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.