Mtsxetada 53 yaşlı kişi öldürülüb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun bildirdiyinə görə, yaşayış mənzilində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs kişiyə fiziki xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Polis təqsirləndiriləni hadisədən qısa müddət sonra “isti izlərlə” saxlayıb.
DİN-in Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1983-cü il təvəllüdlü T.K.-nı saxlayıblar.
"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 12 aprel tarixində Mtsxeta bələdiyyəsində, yaşayış mənzilində baş verən mübahisə zəminində 1973-cü il təvəllüdlü D.B.-yə fiziki xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində D.B. hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq tədbirləri nəticəsində təqsirləndiriləni cinayəti törətdikdən qısa müddət sonra 'isti izlərlə' saxlayıblar.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - deyə qurumdan bildirilib.