Bu gün Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir
21.11.2020 10:24
337
Siyasət
A
Bu gün Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir
Bu gün Gürcüstanda parlament seçkilərinin növbəti - ikinci turunda səsvermələr keçirilir. Aktual.ge xəbər verir ki, səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb. İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub. Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər. Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçrilir. Seçkiləri izləmək üçün seçki subyektlərinin 9 521 nümayəndəsi, 132 yerli təşkilatın 47 345, 48 beynəxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5 964 nümayəndəsi işıqlandıracaq. Səsvermə prosesi saat 20:00-da başa çatacaq. Qeyd edək ki, Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.
ŞƏRH YAZ
8