Gürcüstanda rekord yoluxma qeydə alındı - Virusa yoluxanların sayı 100 mini ötdü
21.11.2020 11:37
666
Sağlamlıq
A
Gürcüstanda rekord yoluxma qeydə alındı - Virusa yoluxanların sayı 100 mini ötdü
Gürcüstanda son sutkada koronavirusa 3 824 yeni yoluxma faktı təsdiqlənib, 3 851 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə vəfat edib. Aktual.ge məlumat xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 100 684-ə çatıb. Yoluxan şəxslərin 81 783-ü sağalıb, 927-si isə dünyasını dəyişib. Hazırda karantin rejimində 2 128, stasionar nəzarətdə isə 5 976 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 3 445 nəfər xüsusi otellərdə müalicə alır.
ŞƏRH YAZ
6