Bidzina İvanişvili:
21.11.2020 13:26
371
Siyasət
A
Bidzina İvanişvili: "Gürcüstan xalqına yüksək vətəndaşlıq məsuliyyəti üçün təşəkkür etmək istəyirəm"
"Gürcüstan xalqına 31 oktyabrda və bu gün də, bu çətin dövrdə göstərdikləri yüksək vətəndaşlıq məsuliyyəti üçün bir daha təşəkkür edirəm". Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu" partiyasının lideri Bidzina İvanişvili, ailə üzvləri ilə birlikdə seçkilərin ikinci turunda səsvermək üçün getdiyi seçki məntəqəsində jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, Gürcüstan cəmiyyəti pandemiya şəraitində də seçkilərə səfərbər oldu. "Bildiyiniz kimi, 'Covid' tüğyan edir. Gürcüstan cəmiyyəti seçkilərə maksimum səfərbərlik göstərdi, bunun üçün sizə bir daha təşəkkür etmək istəyirəm. Eyni zamanda, bütün ölkələrin, demokratik cəmiyyətlərin seçkilərin rəqabətli və azad bir şəraitdə keçirildiyini vurğuladıqlarını xatırtmaq istərdim. Seçkilər parlamentdə doqquz partiyanın təmsil olunması ilə nəticələnmişdir və bu onlar tərəfindən xoş qarşılanır. Eyni zamanda, bəzi siyasi partiyaların həddindən artıq emosional, həddindən artıq iddialı olduqlarını bilirsiniz. Düşünürəm ki, sağlam düşüncə daha önəmlidir və biz həqiqətən çoxpartiyalı parlament əldə edəcəyik", - deyə B.İvanişvili qeyd edib.
ŞƏRH YAZ
24