Qanunsuz odlu silah və döyüş sursatı saxlama faktı üzrə 4 nəfər saxlanılıb
17.04.2026 16:13
147
Siyasət
A
Qanunsuz odlu silah və döyüş sursatı saxlama faktı üzrə 4 nəfər saxlanılıb

Gürcüstanda qanunsuz odlu silah və döyüş sursatının əldə edilməsi, saxlanılması və daşınması faktları ilə bağlı 4 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Patrul Polisi, Tbilisi Polisi, Acarıstan Polisi və Quriya Polisi departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilib. Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərində, yaşayış yerlərində və emalatxanada aparılan axtarışlar zamanı müxtəlif növ odlu silahlar və döyüş sursatları aşkar edərək maddi sübut kimi götürüblər.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
2