Kateqoriyalar
İsrail–Livan atəşkəsindən sonra İran Hörmüz boğazını açıb.
Aktual.ge xəbər verir ki, məsələ ilə az əvvəl İranın xarici işlər naziri Əbbas Araqçi açıqlama verib.
“Livandakı atəşkəsə paralel olaraq, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan olunmuş koordinasiyalı marşrut üzrə bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi, atəşkəsin qalan müddəti ərzində tam açıq elan edilmişdir” , - deyə iranlı diplomat qeyd edib.
Qeyd edək ki, İranın Livandakı atəşkəslə paralel olaraq Hörmüz boğazını 1,5 ay sonra bütün ticarət gəmilərinə açmasından sonra neftin qiyməti 10% azalaraq 88 dollara enib.
ABŞ prezidenti Donald Tramp isə Hörmüzlə bağlı İrana təşəkkür edib.