İmamcümə Türkiyə xalqına baş sağlığı verib - VİDEO
17.04.2026 17:58
323
Din
A
İmamcümə Türkiyə xalqına baş sağlığı verib - VİDEO

Marneuli Mərkəzi Hz. İmam Əli (ə.s) Məscidinin axundu, imamcümə Hacı Hacıyev Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücum nəticəsində 8 şagird və bir müəllimin dünyasını dəyişməsi ilə bağlı Türkiyə Respublikasına baş sağlığı verib.

Aktual.ge xəbər verir ki, bu gün, 17 aprel cümə xütbəsində çıxışında din xadimi belə deyib:

"Hər bir mənada, hər bir yerdə ki insan dünyasını dəyişir, o, acı bir hadisədir. Orada ölən azyaşlılar ki, onlar həqiqi mənada behişt əhlidirlər. Azyaşlıdırlar, günahsızdırlar. Onlara Allahdan rəhmət diləyirik, Allah valideynlərinə səbir versin. Və hər yerdə ki, qan var, inşallah dua edək ki, Allahın izni ilə Allah yer kürəsinin ehtiyacı olan sülhü yer kürəsində bərpa eləsin. Türkiyə xalqına başsağlığı deyirik" , - deyib Hacı Hacıyev.

Din xadimi çıxışında Yaxın-Şərqdə baş verən proseslərədə toxunub.

"Xoşagələn hadisələr - atəşkəs ki, imzalandı, 15 günlük və yaxud Livanla İsrail arasındakı 34 ildən sonra... Ümid edirik ki, bu atəşkəs daimi olar və o işğalçılar tarixdə əhdləri pozduqları kimi inşallah bu dəfə əhdlərini pozmazlar.

Tarixə əgər baxsaq, dəfələrlə yəhudilər tərəfindən əhdlər pozulub. Hətta Peyğəmbərin dövründə, Hüdeybiyyə sülhündə də ilk dəfə onlar pozdular. Və çox tarixdən nümunələr var ki, onlar tərəfindən hər dəfə bağlanan sülh müqavilələrinə qarşı çıxıblar və əhdləri pozublar. İnşallah ümid edirik ki, bu dəfə əhdlər pozulmaz və inşallah sülh və əmin-amanlıq yer kürəsinə hakim olar. Allah dualarımızı qəbul etsin" , - deyə imamcümə xütbəsini yekunlaşdırıb.

ŞƏRH YAZ
4