Baş nazir Ərdoğanla bir araya gəlib
17.04.2026 21:10
361
Siyasət
A
Baş nazir Ərdoğanla bir araya gəlib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.

Məlumata görə, görüşdə Gürcüstan–Türkiyə strateji tərəfdaşlığı, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq və regionda baş verən hadisələr müzakirə olunub.

“Hökumət başçısı aprelin 15-də Türkiyədə məktəbdə baş vermiş atışma nəticəsində yaranan faciə ilə bağlı prezident Ərdoğana başsağlığı verib.

Görüş zamanı ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasına və birgə regional layihələrin roluna diqqət yetirilib. O cümlədən, Bakı–Tbilisi–Qars dəmir yolunun, eləcə də Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin və Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb, həm region və Avropa arasında əlaqələrin gücləndirilməsi, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından.

Tərəflər Orta Dəhlizin potensialı və onun inkişafı istiqamətində gələcək əməkdaşlıq barədə də danışıblar. Görüşdə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də iştirak edib”, – məlumatda deyilir.

ŞƏRH YAZ
6