Az öncə Gürcüstan üzrə hava xəbərdarlığı elan edildi
18.04.2026 14:00
1994
Maraqlı
A
Az öncə Gürcüstan üzrə hava xəbərdarlığı elan edildi

19–21 aprel tarixlərində Gürcüstanda arabir yağış gözlənilir, bəzi yerlərdə güclü olacaq, şimşək çaxması, dolu düşməsi, küləyin güclənməsi mümkündür.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentlik xəbərdarlıq edib ki, yüksək dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi var.

"Gözlənilən yağıntılar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsinə səbəb ola bilər" , - deyilən məlumatda təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
9