Polis Bolnisi rayonunda zorakılıq törədən 21 yaşlı gənci saxlayıb - VİDEO
18.04.2026 16:39
1108
Siyasət
A
Polis Bolnisi rayonunda zorakılıq törədən 21 yaşlı gənci saxlayıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Bolnisi rayon şöbəsinin əməkdaşları zorakılıq və sağlamlığa qəsdən az ağır zərər vurma ittihamı ilə 2005-ci il təvəllüdlü A.K.-nı saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

"Aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Bolnisi bələdiyyəsinin kəndlərindən birində yaranan mübahisə zəminində 1994-cü il təvəllüdlü N.N.-yə fiziki zor tətbiq edib.

Yaralanan oğlan müvafiq tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində A.K. təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 118-ci və 126-cı maddələri üzrə davam etdirilir. Bu maddələr 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
5