İcraçı katib seçkilərin ikinci turunda
21.11.2020 20:45
360
Siyasət
A
İcraçı katib seçkilərin ikinci turunda "Gürcü Arzusu"nun namizədlərinin qalib gəldiyini elan etdi
"Tərəfdaşlarımızı tam əminliklə təbrik etmək istəyirəm. Məndə olan hazırki göstəricilərə əsasən, məntəqələrin hamısında namizədlərimiz 17-si də qalib gəlib". Aktual.ge-nin verdiyi xəbərə görə, bunu hakim "Gürcü Arzusu"nun İcraçı katibi İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib. O deyib ki, bununla da "Gürcü Arzusu" növbəti parlamentdə 90 millət vəkili ilə təmsil olunacaq. "Digər partiyaları da təbrik edirəm və ölkəmizin inkişafı yolunda hər birinə uğurlar arzu edirəm", -İ.Kobaxidze deyib. Qeyd edək ki, seçkilərin I mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından II turda iştirak etməyərək, seçkiləri boykot etdiyini bildirib. Həmçinin müxalifət parlamentə daxil olmayacağını bildirir.
ŞƏRH YAZ
13