Tramp Hörmüz boğazının yenidən bağlanmasına belə reaksiya verdi
19.04.2026 00:30
666
Dünya
A
Tramp Hörmüz boğazının yenidən bağlanmasına belə reaksiya verdi

İranın Hörmüz boğazını yenidən bağlamasından sonra diqqətlərin yönəldiyi ABŞ Prezidenti Donald Tramp ilk açıqlamasını verib.

Aktual.ge xəbər verir ki, Oval Ofisdə kameralar qarşısına keçən ABŞ lideri “İran bizə şantaj edə bilməz” deyib.

“Onlar illərdir etdikləri kimi, boğazı yenidən bağlamaq istəyirlər. Ancaq İran bizə şantaj edə bilməz” , - deyə o, əlavə edib.

Açıqlamasında danışıqların çox yaxşı getdiyini bildirən Tramp, günün sonuna qədər bəzi məlumatların açıqlanacağını qeyd edib.

Qeyd edək ki, İran, 1,5 ay sonra 17 aprel tarixində Hörmüz boğazını tam açıldığını bəyan etmişdi. ABŞ prezidenti Donald Tramp bu addıma görə İrana təşəkkür etmişdi. 18 Aprel tarixində SEPAH Hörmüz boğazında ABŞ blokadası səbəbindən Hörmüz boğazının yenidən bağlandığını bildirib.

ŞƏRH YAZ
2