Çotne İvanişvili ölkədə baş verən bəzi hadisələrin onu narahat etdiyini bildirib
19.04.2026 11:58
688
Siyasət
A
Çotne İvanişvili ölkədə baş verən bəzi hadisələrin onu narahat etdiyini bildirib

“Əgər iki insan həqiqətən öz vətənini sevirsə, fikir ayrılığına baxmayaraq, dialoq və debat çox müsbət nəticələr verə bilər.”

Aktual.ge xəbər verir ki, Çotne İvanişvili bu fikirləri “Gürcü Arzusu”nun gənclər təşkilatının Şekvetilidə keçirilən konfransında çıxışı zamanı səsləndirib.

O, çıxışına zorakılıq mövzusundan başlayaraq bildirib ki, ölkədə baş verən bu cür hadisələr onu ciddi narahat edir və zorakılığı qətiyyətlə pisləyir.

Qütbləşmə mövzusuna toxunan Çotne İvanişvili vurğulayıb ki, cəmiyyətdə mövcud olan qarşıdurmanın aradan qaldırılması üçün ən yaxşı vasitə müzakirə, debat və fərqli fikirlərin dinlənilməsidir.

Onun sözlərinə görə, belə dialoqun effektiv olması üçün tərəfləri birləşdirən əsas dəyər – vətənə səmimi sevgi olmalıdır.

“Əgər insanı ölkədə baş verən pis hadisələr sevindirir, yaxşı hadisələr isə məyus edirsə, belə insanla müzakirənin mənası yoxdur”, - deyə Çotne İvanişvili qeyd edib.

ŞƏRH YAZ
6