Agentlikdən xəbərdarlıq - Hava şəraiti kəskin pisləşəcək
21.11.2020 20:52
683
Maraqlı
A
Agentlikdən xəbərdarlıq - Hava şəraiti kəskin pisləşəcək
Noyabrın 22-də gün sonundan etibarən noyabrın 24-nə qədər Gürcüstanda yağıntılı hava şəraiti hökm sürəcək. Aktual.ge xəbər verir ki, bununla bağlı Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumata görə, dağlara qar yağacağı, bəzi yerlərdə güclü qərb küləyi, dağlıq ərazilərdə duman və qar fırtınası olacağı gözlənilir. Dənizdə 2-3 bal gücündə fırtına olacağı da ehtimal edilir. Məlumata əsasən, gözlənilən güclü yağış dağlıq ərazilərdə uçqun əmələ gəlməsinə və torpaq sürüşmələrinin yaranmasına səbəb ola bilər.
ŞƏRH YAZ
4