Kvemo Kartliyə “Səfirlər” təyin olunub - MÜSAHİBƏLƏR
21.11.2020 22:00
571
Mədəniyyət
A
Kvemo Kartliyə “Səfirlər” təyin olunub - MÜSAHİBƏLƏR
Avropa Şurasının Gürcüstan ofisi gerçəkləştirdiyi layihə çərçivəsində Kvemo Kartli, Samçxe Cavaxeti və paytaxt Tbilisidən bir sıra fəal gəncləri yaşadıqları bölgələr üzrə “Bərabərlik səfirləri” olaraq təyin edib. Aktual.ge-yə Kvemo Kartli bölgəsi üzrə təyin olunmuş “Səfirlər”in verdiyi məlumata görə, “Bərabərlik Səfirləri’’ Avropa Şurasının Gürcustandakı ofisi tərəfindən həyata keçirilən, yeni bir layihədir․ Layihə müraciət və müsahibədən uğurla keçən gənclərin təyin olunması ilə nəticələnib. Məlumata əsasən, “Mən bərabərliyi seçirəm’’ kompaniyasının dəstəyi ilə həyata keçiriləcək fəallıqlara və eləcə də insan hüquqları, ayrıseçkiliyə qarşı siyasət və Gürcüstan cəmiyyətində demokratiyanın, sülhün və rifahın təmin olunmasında əhəmiyyətinə dair məsələləri dəstəkləyir. Mövcud layihənin əsas məqsədi ‘’Mən bərabərliyi seçirəm’’ kompaniyasının dəstəyi ilə qeyd olunan mövzular haqqında məlumatlılığın artırılmasıdır. Avropa Şurasının Gürcüstan ofisinin layihəsi çərçivəsində Kvemo Kartli bölgəsi üzrə təyin olunmuş “Bərabərlik səfirləri” Aktual.ge-yə danışıb. Tiflis Dövlət Universitetinin hüquq fakultəsi məzunu Səkinə Rüstamova, layihə çərçivəsində öz təcrübəsini artırmaq və icmada olan insanları müxtəlif sahələrdə məlumatla təmin etmək olduğunu ifadə edib: “Bu layihəyə qatılmaqda məqsədim həm öz təcrübəmi artırmaq və eləcə də icmamızda olan insanların məlumatlandırılmasını təmin etməkdir. Biz çox millətli Gürcüstanda yaşayırıq, bu bizim zənginliyimizdir, bu zənginliyi qorumaq və yaşatmaq hər bir vətəndaşın borcudur. Mən də öz borcumu yerinə yetirəcəm. Bu gündən etibarən isə ‘Bərabərlik Səfiri’ olaraq bu fəliyyətimi davam etdirəcəm”. İctimai fəal Salome Tsereteli layihənin proqramları əsasında həmkarları ilə birgə mükəmməl işlər həyata keçirəcəklərini vurğulayıb. “Mən çox inanıram ki Kvemo Kartlidə, dostlarla birlikdə işləyərək ölkəmiz üçün bir çox mükəmməl işlər həyata keçirəcəyik. Gürcüstan hərbirimizindir, bizi narahat edən problemləri üzə çıxararaq, çıxış yolu axtarmalıyıq. Biz Gürcüstanın yenidən quruculuğunda birgə iştirak edəcəyik, bizim yolumuz Avropadır”,-deyə o qeyd edib. Tbilisi Dövlət Universitetinin 3-cü kurs tələbəsi Gülgün Məmmədxanova isə deyib: “Biz gənc ‘səfirlər’ olaraq müvafiq layihə çərçivəsində insan hüquqları, diskriminasiya, nifrət dili, etnik azlıqların hüquqları və s. mövzularla əlaqədar layihələr, görüşlər həyata keçirəcəyik. Ümid edirəm ki , qarşıda bizi çox gözəl günlər gözləyir.
ŞƏRH YAZ
3