Və Gürcüstanda parlament seçkilərinin qalibi məlum oldu - Müxalifət nəticələri tanımır
22.11.2020 11:07
709
Siyasət
A
Və Gürcüstanda parlament seçkilərinin qalibi məlum oldu - Müxalifət nəticələri tanımır
Gürcüstanın Mərkəzi Seçki Komissiyası ötən gün 17 majoritar dairədə baş tutan parlament seçkilərinin II turu ilə bağlı səslərin hesablanmasını başa çatdırıb. Aktual.ge xəbər verir ki, ilkin nəticələrə əsasən, hakim "Gürcü Arzusu" partiyası bütün dairələrdə böyük üstünlüklə qalib gəlib. Seçkilərin hər iki turunun nəticələrinə görə, “Gürcü Arzusu” X çağırış parlamentində 150 mandatın 90-nı əldə edib. Digər 60 yer isə seçkilərin ilk mərhələsində iştirak edən 8 müxalifət partiyası arasında bölünüb. Qeyd edək ki, Gürcüstanda 31 oktyabr keçirilmiş parlament seçkilərində 1%-lıq bariyeri aşaraq parlamentə təsadüfən edən bütün müxalifət partiyaları və bloklar seçkilərin nəticələrini tanımadıqlarını eləcə də deputat mandatlarından imtina etdiklərini habelə qanun verici orqana daxil olmayacaqlarını bildirir.
ŞƏRH YAZ
12