Seçki qutusundan 2018-ci il seçkilərinin bülletenləri çıxdı - VİDEO
21 noyabr parlament seçkilərinin keçirildiyi ikinci turunda bir seçki məntəqəsində səslərin sayılma prosesi zamanı seçki qutusundan 2018-ci il prezident seçkilərinə aid bir neçə dənə bülleteni çıxıb.
Aktual.ge xəbər verir ki, sözügedən hadisə Kvareli Bələdiyyəsinin Avlevi kəndindəki bir seçki məntəqəsində qeydə alınıb.
Belə ki, MSK üzvləri axşam saat 20:00-da bağlanan seçki məntəqəsində seçki qutusunu açıb səslərin sayım prosesini başlayarkən, qutudan 2018-ci il prezident seçkilərinin bir neçə dənə bülleteni çıxıb. Həmin bülletenlərdə isə 2018-ci ildə keçirilmiş prezident seçkilərinin ikinci turuna çıxmış Salome Zurabişvili və Qrigol Vaşadzenin ismi və soyismi qeyd olunub.
Faktla əlaqədar MSK sözcüsüsü vəzifəsini icra edən Natia Ioseliani bu, seçki prosesini gözdən salmaq üçün istifadə edildiyini ifadə edib.
O əlavə edib ki, həmin bülletenlər prosesə heç bir təsiri olmayıb və keçərsiz hesab olunub.
Məluma üçün qeyd edək ki, ötən gün parlament seçkilərinin
ikinci turu baş tutub.