Gürcüstan üçün əhəmiyyətli futbol matçı təxirə salındı - SƏBƏB?
“David Qipiani adına Gürcüstan Kuboku” 2020-ci ilin mövsüm final oyunu təxirə salınıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) açıqlamasında bildirilib.
Qeyd olunub ki, oyunun təxirə salınmasına səbəb koronavirus pandemiyasıdır.
“David Qipiani Gürcüstan Kuboku” 2020 mövsümünün 25 Noyabr tarixində Qori şəhərində keçirilməli olan final oyunu, finalda iştirak edən komandalardan birinin üzvlərinin əksəriyyətinin Koronavirusa yoluxması səbəbindən matçın xüsusi əhəmiyyəti olduğu üçün təxirə salındı”, - deyə GFF-nin açıqlamasında deyilir.
Qeyd edək ki, qarşılaşma 4 dekabrda keçiriləcək və Çğaltubo "Samqurali" ilə Qagra mübarizə aparacaq.