Marneulidə dəm qazından boğulan qızın məktəb direktoru kədərini belə bölüşdü - FOTO
23.11.2020 10:57
4674
Mədəniyyət
A
Marneulidə dəm qazından boğulan qızın məktəb direktoru kədərini belə bölüşdü - FOTO
Ötən gün Marneuli rayonunun Robakidze 5 küçəsində hamamda dəm qazından boğularaq dünyasını dəyişdiyi iddia olunan 17 yaşlı gənc qızın təhsil aldığı məktəbin direktoru, onun məktəbdə ən yaxşı şagird olduğunu bildirib. Aktual.ge xəbər verir ki, Marneuli rayonunun 4 saylı ictimai məktəbinin direktoru Dilarə Darğallı özünün "Facebook" hesabında ötən gün dəm qazından boğularaq həyatını itirdiyi iddia olunan 17 yaşlı qızın foto şəkilini paylaşaraq kədərini bölüşüb. "Əziz dostlar, məktəbimizin ən yaxşı şagirdini itirdim, yaşadığım kədəri ifadə edə bilmirəm. Ağıllı və gözəl qızım, yaşamalı və yaşamalı idin, amma yoxsan. Gülsafa sən mənimsən, həmişə qəlbimdə olacaqsan",-deyə D.Darğallı öz kədərini qeyd edib. Məlumat üçün xatırladaq ki, ötən gün axşam saatlarında Robakidze 5 küçəsində 17 yaşlı gənc qız hamamda dəm qazından boğularaq dünyasını dəyişdiyi deyilir.
ŞƏRH YAZ
14