Tbilisidən bəzi regionlara mikroavtobusla gediş haqqı 5 lari bahalaşıb
04.05.2026 16:16
897
Siyasət
A
Tbilisidən bəzi regionlara mikroavtobusla gediş haqqı 5 lari bahalaşıb

Tbilisidən bəzi bölgələrə mikroavtobusla gediş haqqı bahalaşıb. Bəzi istiqamətlər üzrə qiymətlər 5 lari artıb.

Aktual.ge xəbər verir ki, səbəb kimi yanacağın bahalaşması göstərilir.

Qiymət artan istiqamətlər:

  • Çiatura və Bakuriani – gediş haqqı 15 laridən 20 lariyə yüksəlib.
  • Kaxetinin kəndləri (məsələn, Ozani, Tibaani, Arboşiki) – 10 laridən 15 lariyədək artıb.

Dəyişiklik olmayan istiqamət:

  • Tsnoori – qiymət əvvəlki kimi qalıb.

Bundan əvvəl də sərnişindaşıma şirkətləri – Metro Georgia, Omnibus Express və Georgian Bus – bütün marşrutlarda qiymətləri 5 lari artırmışdı.

ŞƏRH YAZ
14