“Müxalifətdə çətin vəziyyətdir və bunun səbəbi onların keçmişi, indiki zamanı və ən əsası odur ki, kənardan idarə olunurlar, onların xalqın yanına getməyə heç bir üzü yoxdur”.
Aktual.ge xəbər veirr ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, müxalifətdə baş verənlər “Gürcü Arzusu”nu gücləndirir.
“Çətin vəziyyətin səbəbi müxtəlifdir – ilk növbədə bu, onların keçmişi, bu isə onların indiki zamanıdır və ən əsası odur ki, kənardan idarə olunurlar; müvafiq olaraq, kənardan onlara nə tapşırılırsa, onu da edirlər. Hətta subyektiv olaraq maraqlarına daxil olmayan şeyləri belə edirlər, buna görə gah birləşir, gah da parçalanırlar. Bütün bunlarla onlar bizim növbəti güclənməmizə şərait yaradırlar. Bu, ümumi mənzərədir, müvafiq olaraq, belə də davam edə bilərlər. Onların xalqın yanına getməyə heç bir üzü yoxdur və buradan çıxış edərək, onların xalqın arasına çıxa bilməyəcəkləri və çıxa bilmədikləri əvvəlcədən tamamilə gözlənilən idi.
Onların xalqla danışmağa heç bir resursu yoxdur, çünki bütün siyasətləri ölkəyə xəyanət, xalqa xəyanət, xalqla qarşıdurma, xalqın maraqlarına qarşı mübarizə üzərində qurulub və onlar başdan-ayağa kənardan idarə olunurlar. Hər dəfə qeyd edirlər ki, onlar üçün gürcü xalqının əhval-ruhiyyəsi deyil, kənardan kimlərinsə əhval-ruhiyyəsi maraqlıdır. Belə vaxtda xalqla, təbii ki, danışa bilməzsən və bunun təzahürü odur ki, onlar xalqın arasına çıxacaqlarını elan etsələr də, xalqın arasına çıxa bilmədilər”, - deyə hökumət başçısı söyləyib.