Gürcüstan vətəndaşı casusluq ittihamı ilə saxlanılıb | DTX
05.05.2026 15:38
319
Siyasət
A
Gürcüstan vətəndaşı casusluq ittihamı ilə saxlanılıb | DTX

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əks-kəşfiyyat tədbirləri nəticəsində casusluq ittihamı ilə bir Gürcüstan vətəndaşını saxlayıb.

Aktual.ge xəbər verir ki, DTX rəisinin birinci müavini Laşa Mağradzenin sözlərinə görə, həmin şəxs xarici xüsusi xidmət orqanının tapşırığı ilə məlumat toplayaraq ötürüb.

O, həm hazırkı, həm də əvvəlki vəzifələrindən və şəxsi əlaqələrindən istifadə edərək dövlət əhəmiyyətli məxfi məlumatları sistemli şəkildə ötürməkdə şübhəli bilinir.

Məlumatlar Gürcüstandakı siyasi-iqtisadi proseslər, təhlükəsizlik strukturları və etnik-dini məsələlərlə bağlı olub. Həmçinin onun media nümayəndələrini cəlb etmək məqsədilə informasiya platformalarının yaradılmasında da iştirak etdiyi bildirilir.

Şəxsin bu fəaliyyəti maddi qazanc məqsədi daşıyıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə istintaq aparılır və 8–12 ilədək həbs cəzası nəzərdə tutulur.

ŞƏRH YAZ
8