Gürcüstanda 30 milyonluq narkotik ələ keçirildi - VİDEO
06.05.2026 14:54
395
Kriminal
A
Gürcüstanda 30 milyonluq narkotik ələ keçirildi - VİDEO

Hüquq-mühafizə orqanları tərəfindən 103 kiloqrama qədər narkotik vasitə - “metamfetamin” müsadirə edilib və onun qara bazardakı dəyəri təxminən 30 milyon lari təşkil edir

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze keçirdiyi brifinqdə bildirib.

DİN-in məlumatına görə, xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə bir nəfər saxlanılıb.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində beynəlxalq narkotik dövriyyəsinin növbəti faktı ifşa edilib.

Hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda - 103 kiloqrama qədər narkotik vasitə 'metamfetamin' aşkar edilərək götürülüb. Onun qara bazardakı dəyəri təxminən 30 milyon lari təşkil edir.

Xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə bir nəfər saxlanılıb. Cinayət işi üzrə aparılan istintaqla müəyyən edilib ki, bir şirkətə məxsus, kaustik soda ilə yüklənmiş yük avtomobili qonşu ölkədən Gürcüstana daxil olub və üçüncü ölkəyə getməli imiş.

Hüquq-mühafizə orqanları yükə baxış zamanı kisələrə bölünmüş xüsusilə külli miqdarda narkotik vasitəni aşkar ediblər.

Hazırda bu işdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks tədbirlər intensiv şəkildə davam etdirilir.

Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narkotik cinayətkarlığı ilə mübarizə olaraq qalır. Hüquq-mühafizə orqanları 24 saatlıq rejimdə müvafiq kompleks polis tədbirlərini həyata keçirir, narkotik cinayətlərində iştirak edən şəxslərin aşkar olunması və məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər”, - deyə David Kiknadze qeyd edib.

ŞƏRH YAZ
0