Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə Türkiyə Respublikası vətəndaşı, 1982-ci il təvəllüdlü M.İ.-ni saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 1988-ci il təvəllüdlü A.M.-yə və 1992-ci il təvəllüdlü R.V.-yə bədən xəsarətləri yetirib. Yaralılardan A.M.-yə hadisə yerində tibbi yardım göstərilib, R.V. isə xəstəxanaya aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində M.İ.-ni hadisədən qısa müddət sonra saxlayıblar.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Sözügedən maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.