Din xadimləri və sakinlər marneuli meriyasından mərasim evi tələb edir - VİDEO
07.05.2026 12:43
214
Siyasət
A
Din xadimləri və sakinlər marneuli meriyasından mərasim evi tələb edir - VİDEO

Marneulidə təxminən 50 minə yaxın əhalinin yaşamasına baxmayaraq, şəhərdə hələ də mərasim evi yoxdur. Bu isə sakinlər arasında ciddi narahatlıq yaradır. Xüsusilə çətin hava şəraitində, həyəti olmayan və çoxmərtəbəli binalarda yaşayan insanlar bir sıra çətinliklərlə üzləşirlər.

Marneulinin din xadimləri də məsələnin aktuallığını vurğulayaraq bildirirlər ki, problemin həlli vacibdir və meriya bu məsələni nəzərə alaraq mərasim evinin tikintisini təmin etməlidir.

Şəhərdə mərasim evinin tikintisi təşəbbüsünü irəli sürən Marneuli bələdiyyə məclisinin keçmiş üzvü Ramal Əhmədov isə Bolnisi, Dmanisi və Tetriskaro bələdiyyələrini misal gətirərək, Marneulidə də bu layihənin tezliklə həyata keçirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Tsereteli, Saimerlo, Tamarisi və bir sıra kəndlərində mərasim evləri meriyanın büdcəsi hesabına tikilib. Məsələn, Saimerlo kəndində inşa olunan mərasim evi üçün büdcədən 1 milyon 431 min lari, əlavə olaraq istilik sistemi üçün isə 60 min lari ayrılıb.

Müvafiq məsələ ilə əlaqədar Marneuli meriyasına sual ünvanlasaq da, bu mərhələdə cavab ala bilmədik.

Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik:

ŞƏRH YAZ
0