Azərbaycan Respublikasına səfər çərçivəsində bu gün Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin dini rəhbərləri, Azərbaycan Respublikasının “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nin nümayəndələri və Balakən rayonunun qazisi ilə birlikdə həmin rayonun etnik gürcülərin yaşadığı İtitala kəndinin sakinləri ilə görüş keçirmişlər.
Aktual.ge xəbər verir ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsi məlumat verib.
Bildirilib ki, görüş zamanı kəndin cümə məscidində gürcü müsəlmanlarla birlikdə günorta namazından sonra qonaqların şərəfinə təşkil olunmuş nahar mərasimində iştirak etmişlər.
"Kənd sakinləri qonaqlara göstərilən diqqətə və səfərə görə təşəkkür etmişlər. Öz növbəsində, Müsəlmanlar İdarəsinin dini rəhbərləri də İtitala kəndinin sakinlərinə səmimi qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmiş və haqlarında dualar etmişlər" , - məlumatda deyilir.
