Xristiyan dünyasında tarixi gün: Gürcüstanın yeni patriarxı kim olacaq?
11.05.2026 01:09
630
Din
A
Xristiyan dünyasında tarixi gün: Gürcüstanın yeni patriarxı kim olacaq?

Gürcüstanın Pravoslav Kilsəsinin sabah yeni rəhbəri olacaq.

Aktual.ge xəbər verir ki, 142-ci Katolikos-Patriarx Müqəddəs Üçlük (Sameba) kafedral kilsəsində keçiriləcək 14-cü genişləndirilmiş kilsə məclisində seçiləcək.

Patriarxlıqdan verilən məlumata görə, səsvermə üçün bütün təşkilati proseslər artıq başa çatıb.

Mövcud məlumata görə, patriarxın seçilməsi məxfi və ciddi qaydalar çərçivəsində həyata keçiriləcək. Sameba məbədinə yalnız xüsusi siyahıda olan təxminən 1200 nümayəndə daxil ola biləcək. Təhlükəsizlik tədbirləri ilə əlaqədar məbəddə mobil telefonlardan istifadə də tamamilə məhdudlaşdırılacaq.

Səsvermə prosesi gündüz saat bir rəddələrində başlayacaq. İclasın bir hissəsi qapalı keçiriləcək, ictimaiyyət isə yalnız səsvermənin başlanmasını və yekun nəticənin elan olunmasını canlı efirdə izləyə biləcək.

İkinci İliyanın xələfi kim olacaq?

Taxt-tac Naibi Mitropolit Şio, Mitropolit Qriqol, yoxsa Mitropolit İob?

Bu gün, 11 may tarixində Sinod səs çoxluğu ilə qərar verəcək. Teoloq və analitiklərin qiymətləndirməsinə görə, sabahkı qərar kilsənin gələcək illərdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.

ŞƏRH YAZ
9