Daha bir avtomobil qəzası can aldı
14.05.2026 17:56
752
Hadisə
A
Daha bir avtomobil qəzası can aldı

Aspindza-Axalçixe yolunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.

Aktual.ge xəbər verir ki, hadisə nəticəsində yaralananlar da var.

Ağır yol-nəqliyyat hadisəsinin digər təfərrüatları məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başlanıb.

ŞƏRH YAZ
10