Qori şəhərində bir nəfər soyuq silahla yaralanıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.
Qurumun məlumatına görə, polis təqsirləndirilən şəxsi saxlayıb.
Bildirilib ki, törədilən cinayət 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır xəsarət yetirmək ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində başlayan münaqişə zamanı Qori şəhərində bir vətəndaşa soyuq silahla qarın nahiyəsindən xəsarət yetirib.
Yaralanan kişi müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunub.