Marneulidə yol qəzası baş verib - Avtomobillər yararsız hala düşüb
23.11.2020 18:57
875
Hadisə
A
Marneulidə yol qəzası baş verib - Avtomobillər yararsız hala düşüb
Marneuli rayonunun Şulaveri kəndində yerləşən 'Socar qaz' yanacaq doldurma məntəqəsi yaxınlığında avtomobil qəzası baş verib. Aktual.ge xəbər portalına hadisə yerindən verilən məlumata görə, qəza zamanı 'Qaz 66' markalı yük maşını ilə 'Subaru' markalı minik avtomobili toqquşub. Belə ki, qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerinə patrul polis qrupu cəlb olunub. Faktla bağlı araşdırma davam aparılır.
ŞƏRH YAZ
9