Dmanisidə məktəb müəlliməsinin təşkilatçılığı və Marneulidə yerləşən Superland əyləncə mərkəzinin maddi dəstəyi ilə rayonun müxtəlif kəndlərindən olan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün xüsusi əyləncə proqramı təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların asudə vaxtını maraqlı və yaddaqalan keçirməsinə şərait yaratmaq olub.
Şənlik zamanı uşaqlar üçün müxtəlif oyunlar, musiqili proqramlar və əyləncəli fəaliyyətlər təşkil edilib. Tədbirin sonunda isə onlara müxtəlif hədiyyələr təqdim olunub.
Superland əyləncə mərkəzinin rəhbəri Teona Andreadzenin sözlərinə görə, bu cür sosial layihələr mütəmadi şəkildə keçirilməli, uşaqlara daim diqqət və qayğı göstərilməlidir.
Tədbirin təşkilatçısı olan müəllimə Lamiyə Əsədova bildirib ki, əsas məqsəd uşaqların özlərini cəmiyyətin diqqət mərkəzində hiss etmələri, onlara sevgi və qayğı göstərməkdir.
Dəstək olmaq istəyən şəxslər ekranda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq bu təşəbbüsə qoşula və uşaqlara sevinc bəxş edə bilərlər.