Bolnisidəki dəhştəli hadisə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
01.06.2026 11:21
680
Siyasət
A
Bolnisidəki dəhştəli hadisə ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Bolnisidə baş verən dəhşətli hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) istintaqa başlayıb.

Bu barədə Aktual.ge xəbər portalına DİN-dən məlumat verilib.

Bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Həmin maddə ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur.

Qeyri-rəsmi məlumata görə, qətli törədən qadın saxlanılıb.

Məlumat üçün bildirək ki, 31 may axşam saatlarında Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində 42 yaşlı qadın 7 yaşlı oğluna bıçaqla xəsarət yetirərək onun ölümünə səbəb olub. İddialara görə, qadının psixoloji problemləri olub.

ŞƏRH YAZ
10