Agentlik əhaliyə xəbərdarlıq edir
01.06.2026 19:59
1177
Maraqlı
A
Agentlik əhaliyə xəbərdarlıq edir

Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edib.

Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, 1 iyun günün sonundan 2 iyun günün ikinci yarısınadək Qərbi Gürcüstan ərazisində yağıntılı hava şəraiti gözlənilir. Sameqrelo–Zemo Svaneti bölgəsinin dağlıq hissələrində bəzi yerlərdə yağıntı güclü ola bilər.

Məlumata əsasən, gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin ciddi şəkildə artmasına səbəb ola bilər.

"1 iyun günün sonundan 2 iyun günün ikinci yarısınadək Qərbi Gürcüstanda yağıntı, Sameqrelo–Zemo Svaneti regionunun dağlıq ərazilərində isə bəzi yerlərdə güclü yağıntı proqnozlaşdırılır.

Şimşək və güclü külək də mümkündür. Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər" , - qeyd olunan məlumatda təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
1