Tbilisidə avtomobil Kür çayına düşüb
03.06.2026 10:53
242
Siyasət
A
Tbilisidə avtomobil Kür çayına düşüb

Tbilisidə avtomobil Kür çayına düşüb – ilkin məlumata görə, ən azı bir nəfər axtarılır.

Aktual.ge xəbər verir ki, hadisə bu gün Tbilisinin sahil yolunda, Qalaktioni körpüsünün yaxınlığında baş verib. Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaqa başlayıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasına aiddir.

ŞƏRH YAZ
7