Tbilisidə 4 avtomobil toqquşdu - Yaralılar var
Tbilisidə Kür çayının sağ sahilində 4 avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaralılar təcili yardım maşını ilə klinikaya aparılıb.
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozmağın sağlamlığa az ağır ziyan vurması ilə nəticələnən maddəsinin ikinci hissəsi ilə istintaq başlayıb.