Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun səlahiyyətləri dayandırıldı
Bugün
283
Dünya
A
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun səlahiyyətləri dayandırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.

Məlumata görə, qərar Kərim Xan barəsində seksual zorakılıq ittihamları ilə bağlı aparılan intizam araşdırmasının başa çatmasından sonra qəbul edilib.

Məhkəmənin idarəedici orqanı qərarı onun icraiyyə komitəsinin Xanın işi ilə bağlı materialların məhkəməyə üzv dövlətlərin xüsusi iclasına göndərilməsini dəstəkləməsindən sonra açıqlayıb. Həmin iclasda onun gələcək fəaliyyəti müzakirə olunacaq.

"Guardian"ın əldə etdiyi sənədə əsasən, məhkəmənin 21 üzv dövlətindən ibarət komitəsi ixtisaslı səs çoxluğu ilə Xanın seksual zorakılıq ittihamları ilə bağlı ciddi pozuntuya yol verdiyi qənaətinə gəlib.

"İşin məhkəmənin 125 üzv dövlətinə göndərilməsi beynəlxalq məhkəmə üçün görünməmiş addım hesab olunur və bu, prokurorun vəzifədən uzaqlaşdırılması ilə bağlı səsverməyə səbəb ola bilər", – nəşr yazır.

Qeyd olunur ki, Xan barəsində ittihamlar ilk dəfə 2024-cü ildə səsləndirilib. İddianı Haaqadakı məhkəmə qərargahında onunla birlikdə çalışan bir qadın irəli sürüb. Şikayət Xanın 2023–2024-cü illərdəki davranışları ilə bağlıdır.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan ittihamları dəfələrlə rədd edib.

Məlumat üçün bildirək ki, Karim Xan 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində həbs orderi verilməsi üçün müraciət etməsi ilə beynəlxalq diqqət mərkəzinə düşmüşdü.

Eyni vaxtda HƏMAS-ın bir sıra liderləri barəsində də həbs orderi tələb etmişdi. 

ŞƏRH YAZ
0