Bugün
252
Siyasət
A
"Bidzina İvanişvili ölkədə dönüş nöqtəsi olan dəyişikliklərin əsasını qoydu" | Kobaxidze

"2012-ci ildə gürcü xalqı Bidzina İvanişvilinin səriştəsini və ölkəyə fədakarlığını gördü və ona etimad göstərdi ki, bu da ölkədə dönüş nöqtəsi olan dəyişikliklərin əsasını qoydu".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirilən brifinqdə deyib. 

"Bidzina İvanişvilinin fəaliyyətinin ən mühüm nəticələrindən biri dövlət institutlarının möhkəmləndirilməsidir. Bu fonda, ölkənin xarici düşmənlərinin və onların yerli agenturasının Gürcüstanda dövlət institutlarının mövcud olmaması və ölkədə tək hakimiyyətin bərqərar olması barədə danışdıqları tamamilə yalandır və şəxsən mənim üçün təhqiramizdir. Məhz buna görə də, bir tərəfdən dövlət institutlarının, digər tərəfdən isə ölkənin idarə olunması prosesində Bidzina İvanişvilinin rolunun bu gün necə olduğunu izah etməyi zəruri hesab edirəm.

İlk növbədə qeyd etmək lazımdır ki, cənab Bidzina İvanişvili hakim partiyanın fəxri sədri və siyasi şurasının üzvüdür. Məhz bu statusla hakim partiya 2024-cü il parlament seçkilərinə çıxıb və bu statusla gürcü xalqının möhkəm etimadını qazanıb. Müvafiq olaraq, Bidzina İvanişvilinin ölkənin siyasi həyatındakı rolu təkcə formallaşdırılmayıb, həm də birbaşa demokratik legitimliyə əsaslanır", - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
8