Yolkənarı qanunsuz tikintilərə görə cərimələr artırılır
Bugün
310
Siyasət
A
Yolkənarı qanunsuz tikintilərə görə cərimələr artırılır

Gürcüstanda avtomobil yollarının mühafizə zolaqlarında icazəsiz tikinti işlərinə və yol infrastrukturuna ziyan vurulmasına görə məsuliyyətin sərtləşdirilməsi planlaşdırılır.

Aktual.ge xəbər verir ki, dəyişikliklərə əsasən, Avtomobil Yolları Departamenti yol örtüyünün çirkləndirilməsi, tikinti materiallarının yol və yolkənarına tökülməsi, eləcə də icazəsiz tikinti işləri ilə bağlı inzibati tədbirlər görmək səlahiyyəti əldə edəcək.

İlk dəfə qanunsuz tikinti aparan şəxslərə xəbərdarlıq ediləcək və pozuntunun aradan qaldırılması tələb olunacaq. Tələb yerinə yetirilmədiyi halda fiziki şəxslər 500 lari, hüquqi şəxslər isə 2 min lari məbləğində cərimələnəcək. Təkrar pozuntu zamanı cərimələr müvafiq olaraq 1 500 və 6 min lariyə yüksələcək.

Qanunsuz fəaliyyət nəticəsində yola ziyan dəydiyi hallarda isə daha sərt sanksiyalar tətbiq olunacaq. Belə ki, fiziki şəxslər 1 500 lari, hüquqi şəxslər isə 50 min lari cərimə olunacaq. Təkrar pozuntu zamanı cərimə məbləği fiziki şəxslər üçün 3 min, hüquqi şəxslər üçün isə 100 min lariyə çatacaq.

Qanun layihəsi parlamentdə sürətləndirilmiş qaydada müzakirə ediləcək.

ŞƏRH YAZ
2